"Azərbaycan otelləri və restoranları ilə dünya ölkələrinə nümunə göstəriləcək səviyyədədir" - TƏŞKİLATDAN AÇIQLAMA

 

On il əvvəl Praqada təsis olunmuş və hazırda 17 üzv ölkəsi olan “Hotel Stars” otellər assosiasiyası yubiley tədbirini keçirib. Avropada fəaliyyət göstərən yüzlərlə otel, restoran və kafeni özündə birləşdirən qurumun məqsədi müxtəlif meyarlar üzrə bu xidmət obyektlərini qiymətləndirməkdir.

Turizmplus.az AZƏRTAC-a istinadən xəbər verir ki, yubiley hesabatında Azərbaycan və Gürcüstandakı turizmin son illərdəki fəaliyyəti də nəzərdən keçirilib. Qeyd olunub ki, hər iki ölkə hazırda mükəmməl qurulmuş otel və restoran xidmətləri ilə dünya ölkələrinə nümunə göstəriləcək səviyyədədir.

Assosiasiyanın 17 üzv ölkəsindən əlavə 8 müşahidəçi ölkəsi var. Bunlardan biri Azərbaycan, digərləri isə Fransa, Gürcüstan, İrlandiya, İtaliya, Polşa, Slovakiya və İspaniyadır. Müşahidəçi ölkələr ümumi toplantılarda iştirak edə bilər, lakin səsvermə hüquqları yoxdur.

Paylaş