Azərbaycan növbəti nüfuzlu turizm forumunda təmsil olunub - FOTOLAR

 

İordaniya Haşimilər Krallığının paytaxtı Əmmanda Kral II Abdullah İbn Əl-Hüseynin himayəsi ilə Beynəlxalq Sağlıq Turizmi Forumu ("İnternationaı Healthcare Travel Forum") işə başlayıb.

Forumda 50-yə yaxın ölkədən 700-dən artıq nümayəndə iştirak edib. Ölkəmizi bu nüfuzlu tədbirdə Beynəlxalq Sağlamlıq Turizmi Şurası (BSTŞ) İdarə Heyətinin üzvü olan Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHTTSA) prezidenti Ruslan Quliyev təmsil edib. Zirvə toplantısının açılış mərasimindən sonra forum iki gün ərzində stend nümayişləri, panel və B2B görüşlər formatında davam etdirilib.

"Global Healthcare Travel Council" stendində təmsil olunan AHTTSA təmsilçisi tərəfindən sistemli şəkildə öz həmkarlarına Azərbaycan sağlamlıq turizmi potensialı (Abşeron, Naftalan, Qalaaltı, Duzdağ, Qəbələ, İstisu və s.) haqda geniş məlumat verilib, qonaqlara ölkəmizin məşhur sağlamlıq mərkəzlərini əks etdirən çap və elektron reklam-təbliğat materialları paylanıb. İki gün davam edən Forumda ümumilikdə 7 panel iclası təşkil olunub. Müzakirə olunan aktu