Azərbaycan növbəti beynəlxalq sərgidə iştirak edəcək - İTALİYADA

 

Azərbaycan İtaliyanın Florensiya şəhərində keçiriləcək 22-ci “Sülhün mənəvi miraslarla möhkəmlədirilməsi” Beynəlxalq forum və sərgisində iştirak edəcək.

Turizmplus.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirin keçiriləcəyi Duomo Auditoriyasının Borselli zalında tematik guşələr yaradılacaq. Burada Azərbaycanın mədəniyyəti, əl işləri, ənənələri, kulinar və folklorumuzu daha yaxşı tanımaq üçün nümunələr sərgilənəcək. Həmçinin kəlağayı baş örtüklərimizə aid xüsusi təqdimatın da olacağı gözlənilir.

Sərgidə iştirak İtaliyada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində reallaşacaq.

Paylaş