Azərbaycan Mülki Aviasiyasının daha bir uğuru

 

Beynəlxalq Mülki Aviasiya Təşkilatı Şurasının Rəyasət Heyəti (ICAO) aviasiya təhlükəsizliyinə nəzarət sahəsində yüksək nailiyyətlərinə görə Azərbaycan mülki aviasiyasını təltif edib.

Turizmplus.az xəbər verir ki, fəxri sertifikat ICAO-nun 75 illiyi və ICAO Assambleyasının Kanadanın Monreal şəhərində keçirilmiş 40-cı yubiley sessiyasına həsr edilmiş Dünya Forumu çərçivəsində təqdim edilib. Azərbaycan nümayəndə heyətinə Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov rəhbərlik edib.

Assambleyaya ICAO-ya üzv olan 184 dövlət və 70 beynəlxalq təşkilatdan ümumilikdə 2600-dən çox iştirakçı qatılıb.

Paylaş

Əvvəlkİ

Türkiyəyə gələn turistlərin sayı rekord həddə çatacaq - 45 MİLYON

Sonrakı

"Regionlarda turizmin inkişafına dəstək əsas məqsədlərimizdəndir" - FUAD NAĞIYEV

Abunə olun

Xəbərlərimizə abunə olun