Azərbaycan Konqreslər Bürosu “Səfirlər proqramı”nı ictimaiyyətə təqdim edib - FOTOLAR

 

Azərbaycan Turizm  Bürsounun tabeliyində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu tərəfindən “Səfirlər proqramı”nın təqdimedilmə mərasimi keçirilib.

Dövlət Turizm Agentliyindən Turizmplus.az-a verilən məlumata görə, dekabrın 10-da baş tutan tədbirə müxtəlif dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri və işgüzar tədbirlər sənayesinin iştirakçıları qatılıblar.

Tədbirdə bildirilib ki, proqramın məqsədi Azərbaycanı beynəlxalq səviyyədə təmsil edəcək xarici assosiasiyaların üzvləri olan professorları, elmi tədqiqatçıları və elm sahəsi üzrə ölkənin tanınmış simalarını – “səfir”ləri bir araya gətirməkdir. 


78958492-598493214057029-8086396006356221952-o

Çıxışlarda “səfir”lərin ölkənin işgüzar turizm potensialının üzv olduqları beynəlxalq təşkilatlarda səmərəli təbliğ etməklə irimiqyaslı beynəlxalq tədbirlərin Azərbaycana cəlb olunmasında mühüm rol oynayacaqları qeyd olunub. 

Hazırda “Səfirlər proqramı”na daxil olan mütəxəssislərin sayının 10 nəfər olduğu, lakin qarşıdakı illərdə bu sayın 50 nəfərə çatmasının planlaşdırıldığı diqqətə çatdırılıb.

Qeyd edək ki, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişa