Azərbaycan ilk dəfə rəsmi olaraq “ITB China” sərgisində - FOTOLAR

 

Ölkəmizin turizm potensialının genişmiqyaslı təbliği məqsədilə Azərbaycan nümayəndə heyəti may ayının 15-dən 17-dək Çinin Şanxay şəhərində keçirilən “ITB China” beynəlxalq sərgisində iştirak edir.

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəmizi sərgidə Heydər Əliyev Beynəlxalq Hava Limanı, Azərbaycan Hava Yolları, Bakı Konqres Mərkəzi, “Silkway Travel”, “Flame Travel”, “HIS”, “China Travel” və “Turizm.az” şirkətləri təmsil edirlər.

Azərbaycanın ilk dəfə rəsmi olaraq təmsil olunduğu sərgidə Çin bazarı üçün ölkəmizin turizm potensialı ilə yanaşı, yeni turizm məhsulları da təqdim olunur. 
“ITB China” Çinin səyahət sənayesinə yönəlmiş beynəlxalq sərgi olaraq dünya turizm sənayesinin çoxsaylı iştirakçılarını bir araya toplayaraq ölkələrə turizm imkanlarını Çin bazarına nümayiş etdirmək imkanı tanıyır. 84 ölkədən 800-dən çox şirkətin iştirak etdiyi sərgidə turizm sahəsində tətbiq oluna biləcək ən