Azərbaycan ilə Dağıstan arasında dəmir yolu xətti turizmin inkişafına şərait yaradacaq


Dağıstanın rəhbəri Vladimir Vasilyev Mahaçqala və Bakı arasında yeni qatarın işə salınmasına ümid bəsləyir. Onun fikrincə, bu, regionda turizmin inkişafına şərait yaradacaq. Bu barədə söhbət Soçidə keçirilən Rusiya investisiya forumu çərçivəsində Vladimir Vasilyevlə “Rusiya Dəmir Yolları” ASC-nin prezidenti Oleq Belozyrovun görüşündə gedib.

Dağıstan Respublikası Prezidentinin mətbuat xidməti V.Vasilyevin bu sözlərini sitat gətirib: “Bu gün biz turizm mövzusuna toxunduq. Bununla əlaqədar olaraq Dağıstan və Azərbaycan arasında yeni qatarın işə salınması respublika üçün çox əhəmiyyətli və faydalı olacaq. Qatarın gömrükdən keçməsi prosedurunun müddəti qısaldılacaq”.

Dağıstanın rəhbəri qeyd edib ki, keyfiyyətli, müasir və etibarlı dəmir yolu xətti respublika üçün iqtisadi əhəmiyyət daşıyır.

Xatırladaq ki, V.Vasilyev ötən ilin oktyabrında bildirib ki, Dağıstan və Azərbaycan arasında müntəzəm dəmir yolu xətti açılacaq.

AZƏRTAC

Paylaş

Əvvəlkİ

İki göl arasında yerləşən kurort

Sonrakı

Очередной рекорд турпотока - Мексика

Подписывайся

Подписывайся на нашу рассылку