Azərbaycan Hotel Assosiasiyasının yeni prezidenti təşkilatın üzvlərinə təqdim olunub


Martın 12-də Azərbaycan Hotel Assosiasiyasının 50-dən çox üzvünün iştirakı ilə tədbir təşkil olunub.

Turizmplus.az xəbər verir ki, tədbirdə Assosiasiyanın yeni prezidenti Martin Kleinmann üzvlərə təqdim olunub, həmçinin təşkilatın üzvlərinə üzvlük sertifikatları verilib, işçi qruplar müəyyənləşdirilib.

Tədbirdə Dövlət Turizm Agentliyinin nümayəndələri çıxış edərək turizm və hotelçilik sənayesinin səmərəli fəaliyyəti üçün əlverişli mühitin yaradılması məqsədilə görülən tədbirlər, turizmin inkişafı üçün beynəlxalq miqyasda atılan addımlar, eləcə də iyun ayında ölkəmizdə keçiriləcək BMÜTT İcraiyyə Şurasının 110-cu sessiyası haqqında məlumat verilib.

Sahibkarlığın İnkişafı Fondunun Təhlil və Risklərin İdarəolunması şöbəsinin müdiri Elxan Quliyev tədbirdə iştirak edərək fondun fəaliyyət mexanizmi və hotellərə güzəştli kreditlərin verilməsi haqqında hotel rəhbərlərini məlumatlandırıb.

Paylaş

Əvvəlkİ

Dünya ölkələri "Boeing 737 Max" təyyarələrindən imtina edir - SƏBƏBLƏR

Sonrakı

Turizm sahəsinə həsr olunmuş növbəti sərgi

Подписывайся

Подписывайся на нашу рассылку