Azərbaycan Dubayda “ATM 2019” turizm sərgisində çox fəal iştirak edir

 

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə turizm şirkətlərinin və otellərin nümayəndələrindən ibarət Azərbaycan nümayəndə heyəti Dubayda keçirilən “ATM 2019” (Arabian Travel Market 2019) beynəlxalq turizm sərgisində çox fəal iştirak edir.

Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə müsahibəsində bildirib ki, ölkəmizin yeni turizm konsepsiyasına uyğun olaraq Yaxın Şərq regionunda keçirilən ən iri sərgisində müxtəlif turizm şirkətləri və otellərlə yanaşı, Azərbaycan Hava Yolları (AZAL) və Heydər Əliyev Beynəlxalq Aeroportu da sərginin 28 iştirakçısı sırasındadır.

Mayın 29-da Bakıda keçiriləcək UEFA-nın Avropa Liqasının final oyununun təbliğatı məqsədilə sərgidə AFFA-nın nümayəndələri də iştirak edir. Onun sözlərinə görə, 190 kvadratmetr ərazidə təşkil oluna sərgidə, Azərbaycan ən böyük stendlə təmsil olunur. Şirkətlərin sayının çoxluğu Azərbaycanın Yaxın Şərq bölgəsinə önəmli yer ayırdığını göstərir.

Son illər ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayının dəfələrlə artdığını bildirən Kənan Quluzadə deyib: “Bununla yanaşı bildiyiniz kimi, Yaxın Şərq turizm bazarı bir qədər qeyri sabit olur, çünki siyasi və iqtisadi amillərlə bağlıdır və biz daima bunu nəzərə alırıq. Azərbaycan Yaxın Şərqdə ötən ilin dekabrından iki rəsmi turizm nümayəndəliyi açıb – Dubayda və Ər-Riyadda. Bu regionda Azərbaycanın iştirak etd