Azərbaycan dağ turizminin inkişafına kiçik kəndlərdən başlamalıdır

 

Azərbaycan dağ turizminin inkişafına kiçik kəndlərdən başlamalıdır.

Turizmplus.az xəbər verir ki, bunu Trend-ə Beynəlxalq Dağçılıq və Alpinizm Federasiyasının vitse-prezidenti Mişel Mansuel bildirib.

O, qeyd edib ki, turizm dağ kəndləri üçün vacibdir və burada hər kəs öz kiçik turizm təsərrüfatını yaratmalıdır:

“Məsələ insanların dağ turizmindən faydalanmasında yox, onların bu işdə necə iştirak etməsindədir. Kəndlərdə kiçik turizmin inkişafına daha çox təkan vermək lazımdır. Belə olduğu halda, hər bir sahibkar bərabər şəkildə bu işdən faydalanacaq”.

M.Mansuel əlavə edib ki, azərbaycanlılar onun həmvətənlərinə bənzəyirlər:

"İrlandlar da gülümsəyən, dostsevər və salamlaşan insanlardır, bu da çox gözəl əlamətdir"

Paylaş

Əvvəlkİ

Hollandiyada yeni turizm qərarı: Gəlməyin, sıxlıqdır

Sonrakı

Турция планирует увеличение числа иранских туристов

Abunə olun

Xəbərlərimizə abunə olun