“Azərbaycan: Bir daha bax” tanıtım çarxı beynəlxalq festivalda qalib oldu

 

Azərbaycan Turizm Bürosunun “Azerbaijan: Take Another Look” (Azərbaycan: Bir daha bax) destinasiya təbliğatı filmi “FilmAT” festivalının “Ən yaxşı ölkə təbliğatı filmi” kateqoriyasında birinci yerə sahib olub.

Turizmplus.az xəbər verir ki, qalib məşhur polşalı prodüser, "Oskar" mükafatı ilə təltif olunmuş Zbiqnev Zmudzkinin sədrlik etdiyi beynəlxalq münsiflər heyəti tərəfindən seçilib.

Mükafatlandırma mərasimi 16-18 oktyabr tarixlərində Polşanın Varşava şəhərində baş tutacaq.

Qeyd edək ki, Beynəlxalq Turizm Film Festivalları Komitəsinin üzvü olan "FilmAT" festivalı 14 ildir ki, fəaliyyət göstərir.

Festivalın keçirilməsinin əsas məqsədi sənədli filmlər, turizm kommunikasiyaları, həmçinin korporativ və televiziya filmləri sahəsində ən son tendensiyaları təbliğ etməkdir.

Paylaş

Əvvəlkİ

Fəvvarələr meydanında hər həftəsonu konsertlər təşkil olunacaq

Sonrakı

Bu il Hindistandan Azərbaycana 65 min turist gələcək

Подписывайся

Подписывайся на нашу рассылку