Azərbaycan beynəlxalq turizm ictimaiyyətinə 2 yeni turizm məhsulunu təqdim etdi


Almaniyada keçirilən “İTB Berlin” sərgisi çərçivəsində Azərbaycan Turizm Bürosu İpək Yolu ölkələri nazirlərinin 9-cu görüşündə “İpək Yolunun 7 gözəli” adlı yeni turizm məhsulu konsepsiyası ilə çıxış edib.

Konsepsiyada qədim İpək Yolu marşrutu boyunca Azərbaycan ərazisində turistlərə bələdçilik edən 7 müxtəlif yoldan bəhs edilir. Buraya Bakı – “Neft Yolu”, Şamaxı – “Poeziya Yolu”, Ağsu – “Nar Yolu”, İsmayıllı – “Sənətkarlıq Yolu”, Gəncə - “Bazar Yolu”, Naxçıvan – “Duz Yolu” daxildir. Təqdimatda 21-ci əsrin turistinin səyahət tələblərinə uyğun olaraq ənənəvi marşrutlara yeni baxışın tətbiq olunmasının zəruriliyi qeyd olunub.

Sərgi çərçivəsində İpək Yolu ölkələrinin tur operatorlarının 8-ci görüşündə isə qədim İpək Yolu boyunca şərab marşrutu təqdim olunub. Təqdimatda azerbaijanwine.az saytında Azərbaycanın şərabçılıq və üzümçülük ənənələrinin tarixi köklərindən bəhs edilib, marşrutu təşkil edən 6 əsas dayanacaq (Bakı, Novxanı, Şamaxı, İsmayıllı, Qəbələ, Göygöl) iştirakçıların nəzərinə çatdırılıb. Daha sonra qeyd olunan dayanacaqların Azərbaycan qastronomiya və etnoqrafiyası ilə birlikdə vəhdət təşkil etdiyi turi