Azərbaycan 35-ci “Philoxenia” Turizm Sərgisində - FOTOLAR

 

Yunanıstanın Saloniki şəhərində “Philoxenia” 35-ci Turizm Sərgisi keçirilib.

Sərgidə ölkəmizi Azərbaycanın Yunanıstandakı səfirliyinin dəstəyi ilə “Milenium” turizm təşkilatı ayrıca stendlə təmsil edib.

Turizm sərgisində 22 ölkədən 400-dən çox şirkət qatılıb və sərgi 20 mindən artıq ziyarətçini qəbul edib. Tədbir zamanı Azərbaycan stendində ölkəmizə aid turizm broşürları, kitablar, suvenirlər, Azərbaycan istehsalı nar şirələri və şərabları, eləcə də milli mətbəximizə aid şirniyyatlar sərgi ziyarətçilərinə təqdim edilib. Ölkəmizin stendi yerli və xarici şirkətlərin nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb, sorğu olunan məlumatlar cavablandırılıb.

Bundan başqa, Export turizmlə məşğul olan “Smileacademos” turizm operatoru, Yunanıstan turizm və səyahət Assosiasiyanın federasiyası ilə görüşlər zamanı Yunanıstandan “fun qrupların” və media nümayəndələrinin təşviqat işləri ilə bağlı Azərbaycana səfərinin təşkil edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Paylaş

Əvvəlkİ

Neşet Koçkar “İnturist” turizm operatorunu alıb

Sonrakı

Azərbaycanın turizm imkanları bu dəfə Belarusda tanıdılıb