AZAL və “Buta Airways” İran istiqamətində uçuşları davam etdirəcək - MƏLUMAT

 

Azərbaycan Hava Yollarının rəsmi sosial şəbəkə hesabında İrana uçan reyslərlə bağlı məlumat yer alıb. Məlumatı olduğu kimi izləyicilərimizə təqdim edirik:

"Çoxsaylı müraciətlər ilə əlaqədar “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti bildirir ki, AZAL və “Buta Airways” aviaşirkətləri hal-hazırda İran istiqamətində və bu ölkənin ərazisi üzərindən keçməklə yerinə yetirilən uçuşların mövcud cədvəlinə dəyişiklik etməyi planlaşdırmır.

O cümlədən, aşağıbüdcəli “Buta Airways” aviaşirkəti Bakı-Tehran-Bakı istiqamətində gündəlik uçuşlar həyata keçirir və ştat rejimində hazırkı cədvələ əsasən reyslər həyata keçirməyi planlaşdırır".