AZAL qış endirimlərinə start verdi - QİYMƏTLƏR

 

AZAL-dan “Qış aksiyası” çərçivəsində yeni endirimli aviabiletlər təqdim edir.

Turizmplus.az xəbər verir ki, aviabiletlərin 16 yanvar 2020-ci il tarixindən öncə alındığı təqdirdə ekonom-sinif üzrə qiymətlər aşağıdakı kimi olacaq:

Bakı-Antalya-Bakı - 169 avro

Bakı-İstanbul-Bakı - 179 avro

Bakı-Ankara-Bakı - 189 avro

Bakı-Almatı-Bakı - 189 avro

Bakı-Tel-Əviv-Bakı - 229 avro

Bakı-Berlin-Bakı - 269 avro

Bakı-Paris-Bakı - 299 avro

Bakı-Milan-Bakı - 289 avro

Bakı-London-Bakı - 389 avro

Qiymətlər bütün vergi və yığımlar nəzərə alınmaqla göstərilib. Aviabiletlərin dəyərinə 23 kq-dək baqajın, həmçinin 10 kq-dək əl yükünün (55x23 sm-dək ölçüdə) daşınması daxildir. Endirimli qiymətlərlə təqdim edilən aviabiletlərin sayı məhduddur. Uçuşlar 2020-ci il 15 yanvar - 29 fevral tarixləri aralığında həyata keçiriləcək.

Qeyd edək ki, aviabiletləri onlayn qaydada www.triponline.az saytından əldə etmək mümkündür.

Paylaş

Əvvəlkİ

Naxçıvana aviabiletlərin onlayn bronlaşdırılması müvəqqəti olaraq mümkün olmayacaq

Sonrakı

Стали известны самые популярные города Европы