AZAL Prezidenti “Paris Air Show 2019”da - FOTOLAR

 

AZAL Prezidenti Cahangir Əsgərov Le Burjedə “Paris Air Show 2019” beynəlxalq aviasiya-kosmik salonunun işində iştirak edib, orada bir sıra mühüm danışıqlar aparıb.

Turizmplus.az xəbər verir ki, “Paris Air Show” kosmik salonu aviasiya və kosmonavtika sahəsində dünya istehsalçılarının müasir məhsullarını nümayiş etdirən ən mühüm və nüfuzlu beynəlxalq sərgilərdən biri və dünyanın ən yaşlı aviasalonudur.

Cahangir Əsgərovun “Boeing Commercial Airplanes”-in prezidenti və baş icraçı direktoru Kevin Makalisterlə görüşündə “Boeing” və AZAL arasında tərəfdaşlıq və dostluq münasibətləri yüksək qiymətləndirilmişdir. Tərəflər "Azərbaycan Hava Yolları"na və “Silk Way” aviaşirkətinə yeni geniş füzelyajlı təyyarələrin tədarükünə dair əldə olunmuş razılaşmalara sadiqliyini təsdiqləyib.

AZAL prezidenti Azərbaycanın Fransadakı Fövqəladə və Səlahiyyətli Səfiri Rəhman Mustafayev ilə birgə “Azərbaycan Hava Yolları”nın möhkəm tərəfdaşlıq münasibətlərinə malik olduğu “Thales Group” şirkətinin baş vitse-prezidenti Erve Dammann ilə məhsuldar danışıqlar keçirib. Tərəflər Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzinin (ASEC) açılmasından məmnunluq ifadə ediblər. Azərbaycanda “Thales” şirkətinin məhsullarının istehsalı üzrə birgə müəssisənin yaradılması barədə fikir mübadiləsi aparılıb.

Həmçinin Cahangir Əsgərov “L3 Commercial Aviation Solutions” şirkətinin prezidenti Alan Koruford ilə