"AZAL-Miles" sistemi bir müddət fəaliyyət göstərməyəcək - SƏBƏB

 

Yenilənmə ilə əlaqədar texniki səbəblərdən "Azal Miles" sisteminin bir sıra xidmətləri fəaliyyət göstərməyəcək. Bu dövr 4 - 12 noyabr tarixlərinə təsadüf edir.

Turizmplus.az xəbər verir ki, bunlara şəxsi hesaba daxil olmaq, mükafatlandırıcı biletlərin rəsmiləşdirilməsi və müştəri xidmətlərinə müraciət daxildir.

Həmçinin 4 noyabr tarixindən etibarən "AZAL-Miles" mobil əlavəsinin xidməti dayandırılır.

Nəzərinizə çatdıraq ki, yenilənmədən sonra onlayn rejimdə veb-sayt vasitəsilə mükafatlandırıcı aviabiletlərin rəsmiləşdirilməsi imkanı təqdim olunacaq, habelə müştərilərin topladığı ballar hesabına hava gəmisində əlavə baqaj və daha rahat oturacaqlar əldə edə biləcəklər.

Paylaş

Əvvəlkİ

“Buta Airways” daha bir istiqamətə birbaşa reys açır

Sonrakı

Turizm şirkətlərinin nümayəndələri üçün seminar keçiriləcək

Abunə olun

Xəbərlərimizə abunə olun