AZAL-ın veb-saytında əsas funksiyalar işləməyəcək - MƏLUMAT

 

AZAL-ın resurslarının yeni platformaya köçürülməsi ilə əlaqədar rəsmi www.azal.az veb-saytında bəzi funksiyaları fevralın 5-dən (20:00, Bakı vaxtı) etibarən müvəqqəti olaraq işləməyəcək.

Turizmplus.az xəbər verir ki, sayt və mobil əlavədə işlər görüldüyü müddət ərzində aviabiletlərin alınması, onlayn qeydiyyat və bronun idarə olunması səhifəsi işləməyəcək.

Texniki işlərin 48 saat ərzində başa çatdırılması planlaşdırılır, lakin qeydiyyat xidmətinin bərpası və bronun idarə edilməsində daha uzun gecikmələrin baş verməsi mümkündür.