AZAL-ın Tarif siyasəti şöbəsinin rəisi sualları cavablandıracaq

 

Azərbaycan Hava Yollarının Tarif siyasəti şöbəsinin rəisi Sərdar Əliyev Azərbaycan Turizm Forumunda çıxış edəcək.

Turizmplus.az xəbər verir ki, Forum sentyabrın 18-də "Boulevard Hotel Baku"da baş tutacaq.

Qeyd edək ki, Azərbaycan Turizm Forumu turizm istiqamətində 2016-cı ildən bəri müxtəlif layihələr və forumlar təşkil edir. Bütün bu tədbirlər milli turizmin ən yaxşı nümunələrini ortaya qoyaraq, turizmin inkişafı və həlləri üçün müxtəlif yolların axtarışına iştirakçılarla birlikdə başlamışıq. Forum Azərbaycanda bu istiqamətdə yaradılmış ilk və yeganə platformadır ki, burada nəinki turizm sənayesinin mütəxəssislərini, həmçinin fərqli sənayeni və turizmdə yeni biznes qurmaq istəyən hər kəs üçün açıqdır. Əlaqələr yaratmaq Forumun əsas istiqamətlərindən biridir.

Qeydiyyat linki: http://bit.ly/2KWuXDV

Paylaş

Əvvəlkİ

İndoneziya Səfirliyi Bakıda Turizm Biznes Forumu təşkil edəcək

Sonrakı

"Onlara uğurlu dərs ili və yeni-yeni müvəffəqiyyətlər arzulayıram" - FUAD NAĞIYEV

Abunə olun

Xəbərlərimizə abunə olun