AZAL-ın Dubay reysində təhlükəli anlar - SON DƏQİQƏ

 

"Azərbaycan Hava Yolları”nın Bakıdan Dubaya uçan J2-015 nömrəli reysində baqaj hissəsindəki tüstü detektorunun işə düşməsi müşahidə olunub.

Turizmplus.az xəbər verir ki, Airbus A319 təyyarəsinin hava gəmisinin kapitanı geri dönüb və Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş üçün icazə istəyib.

Təyyarə Bakı vaxtı ilə saat 23:28-də təyyarə Bakı aeroportunda uğurlu eniş edib. Təyyarənin yoxlanışından sonra detektorun səhvən işə düşdüyü məlum olub.

Ekipaj üzvləri də daxil olmaqla laynerin göyərtəsində 113 nəfər olub, zərərçəkən yoxdur.

Qeyd edək ki, sərnişinlər Dubaya ehtiyat təyyarə ilə yola düşəcəklər.

Paylaş

Əvvəlkİ

Azərbaycanda ictimai çimərliklərin yaradılması işlərinə başlanıb - AÇIQLAMA

Sonrakı

Çoxdan gözlənilən xəbər - Bakı-Quba yolu təmir edilir - FOTOLAR

Abunə olun

Xəbərlərimizə abunə olun