AZAL “IMTM 2019” turizm sərgisində təmsil olunur


Təl-Əviv şəhərində Beynəlxalq Turizm Sərgisi - “IMTM 2019” keçirilir.

Turizmplus.az Azərtac-a istinadən xəbər verir ki, “Azərbaycan Hava Yolları” (AZAL) rəsmi tərəfdaşı “Silk Way Travel” şirkəti ilə birgə bu sərgidə iştirak edir.

Qeyd edək ki, fevralın 12-13-də keçiriləcək sərgidə milli və regional turizm büroları, aviaşirkətlər, otellər, turizm agentlikləri və başqa şirkətlər iştirak edir.