AZAL "IATA Safety and Flights Ops” konfransında

" Azərbaycan Hava Yolları" Barselonada keçirilən “IATA Safety and Flights Ops” konfransında iştirak edir.

Konfransda çıxış edən “Azərbaycan Hava Yolları”nın direktoru Cəmil Manizadə növbəti IATA SFO konfransının 2020-ci ildə Bakıda keçiriləcəyini bəyan edib. SFO konfransı dünyanın hər yerindən beynəlxalq müntəzəm uçuşların 94% -ni həyata keçirən 265 ən iri beynəlxalq aviasiya müəssisəsini birləşdirən İATA-nın himayəsi altında Azərbaycanda keçiriləcək ilk ən böyük beynəlxalq tədbir olacaq.

Nəzərdə tutulan iştirakçıların sayı 300 nəfərdən çoxdur. İştirakçıların sırasına aviasiya avadanlığı istehsalçıları, aviasiya avadanlıqları təchizatçıları, hava nəqliyyatı tənzimləyiciləri, aviaşirkətlər və aeroportların ən yüksək rəhbərlikləri, ACI, IFALPA, IBAC, FAA, CANSO, EASA kimi təşkilatların nümayəndələri və digərləri daxildir.

Paylaş

Əvvəlkİ

Məşhur səyyahlarla dünya turu - AITF

Sonrakı

“Turizm və Səyahətlər” sərgisi start götürüb

Подписывайся

Подписывайся на нашу рассылку