AZAL-dan Bakıda çarəsiz qalan omanlı turistlərlə bağlı açıqlama

 

Omandan Azərbaycana gələn 90 turist Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qalıb. 

Turizmplus.az saytı bu barədə məlumat almaq üçün Azərbaycan Hava Yollarının mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski ilə əlaqə yaradıb. 

"Bakı-Maskat-Bakı marşrutu üzrə reyslər çarter reyslərdir və Omanın turizm operatorlarından birinin sifarişi ilə yerinə yetirilir. Məlum olduğu kimi, çarter reyslərinə aviabilet satışı aviaşirkət tərəfindən deyil, birbaşa sifarişçi tərəfindən (bu halda turizm operatoru) yerinə yetirilir. Dünən Bakı-Maskat reysinin aeroporta gələn sərnişinləri sifarişçi tərəfindən yazılmalı və təsdiqlənməli olan həqiqi aviabiletlərlə təmin olunmmamışlar. Bu səbəbdən də reysin baş tutması qeyri mümkündür. Yaranmış xoşagəlməz vəziyyətin bütün məsuliyyəti turistləri aviabilet və turlarla təmin edən Omanın turizm operatorunun üzərinə düşür. «Azərbaycan Hava Yolları» bu istiqamətdə uçuşların yerinə yetirilməsi üçün həm təyyarələri, həm də uçuş heyyətlərini hər zaman hazır vəziyyədə tutaraq, operator tərəfindən sənədlərin doğru düzgün rəsmləşdirilməsini gözləməkdədir.

Həmçinin qeyd etmək istəyirik ki, «Azərbaycan Hava Yolları» və onun aşağıbüdcəli daşıyıcısı «Buta Airways»-in donanmasındakı bütün təyyarələr (Embraer E-190 modelli təyyarələr də daxil olmaqla) maksimal dərəcədə səmərəli istifadə olunur və gün ərzində fərqli istiqamətlərə bir neçə reys yerinə yetirirlər və uçuş cədvəli ilə rəsmi saytımızda öz əksini tapmaqdadır" - deyə mətbuat xidmətinin rəhbəri məlumat verib.

 

Paylaş

Əvvəlkİ

Azərbaycanla Türkiyə arasında hava dəhlizi açılacaq, təhlükə aradan qalxır

Sonrakı

"Bu məsələdə məsuliyyəti Omanda yerləşən turizm şirkəti daşıyır" - RÜFƏT HACIYEV

Abunə olun

Xəbərlərimizə abunə olun