AZAL-da payız endirimlərinə son 3 gün - YERLƏR MƏHDUDDUR

 

Azərbaycan Hava Yollarında payız endirimləri sona çatmaq üzrədir. 

Turizmplus.az xəbər verir ki, bir neçə gündür davam edən kampaniya oktybarın 31-də sona çatacaq. Uçuşlar 2019-cu il 1 noyabr - 7 dekabr tarixləri aralığında həyata keçiriləcək. Endirimlə əldə olunmuş biletlər geri qaytarılmır və dəyişdirilmir. Aviabiletlərin dəyərinə 23 kq-dək baqajın, həmçinin 10 kq-dək əl yükünün (55*40*23 sm-dək ölçüdə) daşınması daxildir.

Aşağıda qeyd olunan istiqamətlərə xüsusi tariflər tətbiq olunur:

Qeyd edək ki, qiymətlər Bakıya və geri istiqamətdə gediş-dönüş olmaqla eyni zamanda bütün vergi və yığımlar nəzərə alınmaqla göstərilib.

- Küveyt – 159 avro

- Antalya – 169 avro

- İstanbul – 179 avro

- Dubay – 179 avro

- Almatı – 189 avro

- Ankara – 189 avro

- Tel-Əviv – 229 avro

- Berlin – 269 avro

- Milan – 289 avro

- Paris – 299 avro

- Ciddə – 309 avro

- London – 389 avro

- Nyu-York – 439 avro
⠀⠀
⠀⠀
⠀⠀

Paylaş

Əvvəlkİ

Azərbaycan və Böyük Britaniya arasında viza məsələləri və onun asanlaşdırılması müzakirə olunub

Sonrakı

Amerika Birləşmiş Ştatlarının turizm şirkətləri ilə B2B görüş keçiriləcək

Подписывайся

Подписывайся на нашу рассылку