AZAL “Boeing” şirkəti ilə müqaviləni ləğv edib - BƏYANAT

 

Azərbaycan “Boeing” şirkəti ilə 10 ədəd “Boeing 737 MAX-8” təyyarəsinin alışını nəzərdə tutan müqaviləni ləğv edib.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin bəyanatında deyilir:

“Biz rəsmi olaraq “Boeing 737 MAX-8” təyyarələrinin alışı planından imtina etmişik. Bu qərar həmin təyyarələrin təhlükəsizliyi ilə bağlıdır və müvafiq müqaviləni ləğv etdik”.

Turizmplus.az bununla əlaqədar "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski ilə əlaqə saxlayıb. O, bu məlumatı təsdiqləyib.

Qeyd edək ki, 2017-ci ilin aprelində Azərbaycanın “Silk Way Airline” aviaşirkəti və “Boeing” arasında 10 ədəd “Boeing 737 MAX-8” sərnişin təyyarəsinin alışı haqqında müqavilə imzalanmışdı. Bu hava gəmilərinin operatoru AZAL şirkəti olmalı idi. Razılaşmanın ümumi dəyəri təqribən bir milyard dollar təşkil edirdi. Azərbaycan müqavilə çərçivəsində təyyarələri üç il ərzində əldə etməli idi.

Paylaş

Əvvəlkİ

Этна проснулась в Италии - ВИДЕО

Sonrakı

Пять секретов отпуска, которые помогут избавиться от преследующего на работе стресса

Abunə olun

Xəbərlərimizə abunə olun