AZAL Bakıdan Nyu-Yorka uçuşları davam etdirəcək

 

Donanmanın texniki imkanlarının optimallaşdırılmasını və sərnişinlərin çoxsaylı istəklərini nəzərə alaraq, “Azərbaycan Hava Yolları” aviaşirkəti Bakı-Nyu-York uçuşlarını daha bir il müddətinə dayandırmamağı qərara almıb.
⠀⠀
Turizmplus.az xəbər verir ki, Bakıdan Nyu-Yorka birbaşa reyslər Azərbaycanın milli aviadaşıyıcısının qış cədvəli çərçivəsində davam edəcək.
⠀⠀
Qeyd edək ki, Bakı- Nyu-York reysləri (“JFK” hava limanı) həm 2019/2020-ci ilin qış cədvəli, həm də 2020-ci ilin yay cədvəli çərçivəsində həftədə 2 dəfə olmaqla (bazar ertəsi və şənbə günləri) komfortlu Boeing 787 Dreamliner təyyarələri ilə yerinə yetiriləcək.

Paylaş

Əvvəlkİ

Bakı-Tbilisi-Bakı reyslərinin cədvəlində dəyişiklik - MƏLUMAT

Sonrakı

İtmiş 5 möhtəşəm şəhər

Abunə olun

Xəbərlərimizə abunə olun