AZAL 1,86 milyon, “Buta Airways” 552 min sərnişin daşıyıb - STATİSTİKA

 

İlin əvvəlindən Azərbaycanın beynəlxalq hava limanlarında sərnişin axını 5,15 milyon sərnişin təşkil edib.

Heydər Əliyev Beynəlxalq Hava Limanından Turizmplus.az-a verilən məlumata görə, bunun 4,39 milyonu Bakının əsas hava limanının payına düşür ki, bu da ötən ilin göstəricisindən 6% çoxdur.

Naxçıvan hava limanı 597 min sərnişinə xidmət göstərib, 140 min sərnişin isə ölkənin sıxlıq üzrə üçüncü aeroportu – Gəncə şəhərinin hava limanının xidmətlərindən istifadə edib.

11 ay ərzində Milli aviadaşıyıcı “Azərbaycan Hava Yolları” 1,86 milyon, aşağıbüdcəli “Buta Airways” aviaşirkəti isə 552 min sərnişin daşıyıb.

Paytaxtın hava limanında beynəlxalq uçuşlarda sərnişinlərin sayı 3,8 milyon nəfər təşkil edib. Sərnişin aviadaşımaları üzrə aviaşirkətlərin onluğuna milli aviaşirkətlər ilə yanaşı “Türk Hava Yolları” (Türkiyə, 456 min sərnişin), “FlyDubai” (BƏƏ, 219 min), “Aeroflot” (Rusiya, 180 min), “AirArabia” (BƏƏ, 155 min), “UIA” (Ukrayna, 116 min), “Qatar Airways” (Qətər, 97 min), “Lufthansa” (Almaniya, 63 min) və “SCAT” (Qazaxıstan, 57 min) daxil olub.

2019-cu ilin noyabr ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportundan 30 sərnişin aviaşirkəti 60-dan çox müxtəlif istiqamətə uçuşlar həyata keçirib.

 

Paylaş

Əvvəlkİ

Rusiya, Gürcüstan, Yaxın Şərq ölkələri... - AZƏRBAYCANA DAHA ÇOX BU ÖLKƏLƏRDƏN TURİST GƏLİR