Avropada tanınmış brendlərə 70% yay endirimi - TARİXLƏR + ÖLKƏLƏR

 

Yay mövsümündə turist axını yaşanan bir çox Avropa ölkələrində endirimlər başlayır. İstilərdə şopinq etməkdən qorxmayanlar bir çox tanınmış brendləri 70% endirimlə əldə edə biləcəklər.

Fransada mağazalarda ya endirimləri dövrü iyun ayının son çərşənbə günü başlayır və altı həftə davam edir. Fransanın əksər bölgələrində satışlar 26 iyun tarixində başlayacaq. Lakin, bəzi bölgələrdə yay güzəştləri dövrü 3 iyul-13 avqust, Korsikada isə 10 iyunda başlayıb 20 avqusta qədər davam edəcək.

Endirimlər Saint Pierre və Miquelon adalarında - 17 iyuldan 28 avqusta, Guadeloupe şəhərində - 28 sentyabr-8 noyabr, Fransız Qvianasında və Martiniqdə - 3 oktyabrdan 13 noyabr, St Martin və St Barthelemy adaları - 12 oktyabrdan 23 noyabr tarixinə qədər davam edəcək.

21 İyun - artıq Madriddə mağazalar endirimə başlayıb. Ümumiyyətlə İspaniyada endirim dövrü 1 İyul - 31 Avqust, Valensiya - 27 İyun - 3 Sentyabr, Galiçya və Bask bölgəsində - 1 İyul - 30 Sentyabr tarixlərinə qədər olacaq.

İtaliyada yay satışlarının rəsmi başlanğıc tarixi 6 iyuldur. Avqustun 26-a qədər Abruzzoda - avqustun 29-na kimi Campania, Emilia-Romagna, Lombardiya (Milano) bölgələrində, Lazio bölgəsində (Roma) 16 avqusta, Valle d'Aosta - 20 avqusta, , Molise, Toskana, Umbria və Sardiniya adası, yaz-yay endirimləri 30 avqusta qədər davam edəcək.

Liquriyada yay satışları iyulun 1-dən avqustun 14-dək, Siciliyada iyulun 1-dən sentyabrın 15-dək, Basilicata rayonunda isə 2 iyul-2 sentyabr tarixlərində baş tutacaq.

 

Paylaş

Əvvəlkİ

Pейтинг самых гостеприимных стран мира

Sonrakı

Azərbaycanda bələdçilərlə bağlı yeni - QAYDA

Подписывайся

Подписывайся на нашу рассылку