Avropa İttifaqı Şurasının Prezidenti Qobustan Qoruğunda olub - FOTOLAR

 

Azərbaycanda səfərdə olan Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk iyulun 9-da Qobustan Milli Tarix-Bədii Qoruğunda olub.

Turizmplus.az xəbər verir ki, Mədəniyyət naziri Əbülfəs Qareyev və nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovun iştirakı ilə əvvəlcə qonaq qoruğun ərazisində yaradılmış muzeydə nümayiş etdirilən eksponatlara baxıb.

Məlumat verilib ki, Qobustan Milli Tarix-Bədii Qoruğu açıq səma altında qoruq-muzey kimi böyük şöhrət qazanıb. Ərazidə daş dövründən son orta əsrlərə qədərki həyat və məişəti əks etdirən çoxsaylı maddi mədəniyyət nümunələrini müasir azərbaycanlıların ulu əcdadları min illər ərzində yaradıblar. Qobustan qaya rəsmləri dünyada bu tipli abidələrdən ən zənginidir. Qoruq ərazisində alimlər tərəfindən 6 mindən çox qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilib və öyrənilib.

Qeyd edilib ki, Qobustan Milli Tarix-Bədii Qoruğundakı nadir qayaüstü rəsmlərin geniş təbliğinin xüsusi əhəmiyyətini nəzərə alan dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə qoruq muzeyi üçün yeni bina tikilib. Qonağın diqqətinə çatdırılıb ki, dünya əhəmiyyətli tarixi abidə olan Qobustan qoruğu 2007-ci ildə UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Donald Tusk ərazidə aparılmış tədqiqat işləri ilə və tarixi eksponatlarla maraqlanıb. Sonda qonağa Qobustanın tarixini əks etdirən kitablar hədiyyə olunub.
Avropa İttifaqı Şurasının Prezidenti Qobustan Milli Tarix-Bədii Qoruğundan xoş təəssüratla ayrılıb.

Paylaş

Əvvəlkİ

Azərbaycanın beynəlxalq hava limanları 2,4 milyon sərnişinə xidmət göstərib

Sonrakı

Бали официально запретил пластик

Подписывайся

Подписывайся на нашу рассылку