Avroliqa finalı ətrafında və əsnasında baş verənlər - RƏHİM QƏDİROV YAZIR

 

Təbii, son günlər şəhərin mərkəzində mən də müşahidələr aparıram. Mənzərə ürək açandır. Hər şey qaydasında davam edir. İngilis və ümumiyyətlə avropalı turistlərin sayı gözlənilən qədər də çox olmasa da şəhərə müxtəlif ərəb ölkələrindən, Rusiyadan və digər postsovet ölkələrindən olan turistlərin gəlişi açıq sezilir. Gün ərzində 3 azarkeş qrupu ilə qarşılaşdım ki, əksəriyyəti yerlilər - azərbaycanlılar idi. Qrupların daxilində xarici azarkeş ailələr də var idi ki, bu mənzərələri görmək insana xoş təsir bağışlayır.

Polislər sabitliyi qoruyub saxlaya bilir. Əsas da mərkəzdə olanlar polis adına layiq bədən quruluşları və nizamları ilə seçilirlər. Turistlərə gülərüz davranır, insanlarla xoş rəftar edirlər. Ancaq kursantların bu işə cəlb olunması mənə görə səhvdir. Birincisi, hərəkətləri hələ çox az formalaşıb. İkincisi, şəxsi gördüklərimə əsasən deyirəm ki, dil bilikləri yoxdu. Ümumiyyətlə isə Avropa təcrübəsində insanlar üzərində guya basqının az olduğunu göstərmək üçün mülki geyimli polislər üstünlük təşkil edir. Ortada görünən uniformalılar isə çox gülərüz, hətta yaşlı qadın və kişilərdən olur. Bizdə də o sistem olsa daha yaxşı olardı.

Könüllülərin işini çox bəyənirəm. Yeganə qorxum info köşklərində olan gənclərin dil bilgisi idisə, bugün gördüyüm mənzərə bu qorxuya su səpdi. Gənc xanım xarici vətəndaşa lazımı informasiyanı çatdıra bildi. Fan zona maraqlıdır. Daha böyük və daha çox əyləncəli ola bilərdi. İnsanlarda müəyyən abu-hava yarada biliblər. Şəhər qaynayır və final həyəcanı nisbətən hiss olunur.

Avroliqanın finalının Azərbaycanda keçirilməsi isə əla təşəbbüs və böyük PR-dır. Dəstək olmaq lazımdır. İnsanlarımız turistlərə yaxşı davranmalı, qonaqpərvərlik göstərməlidir. Həddini aşan turistlər isə linç edilmədən, ehmallıca başa salınmalıdır. Azərbaycan həqiqətən böyük tolerantlıq nümunəsidir. İşlər belə davam etsə və Avropadan axın olsa hər zaman həsəd apardığımız daimi turizm abu-havası bizim də vətənimizdə olacaq.

Paylaş

Əvvəlkİ

В странах ЕС ввели в обращение новые купюры в 100 и 200 евро

Sonrakı

В Баку сегодня метро может работать до утра

Abunə olun

Xəbərlərimizə abunə olun