Aviasiya sahəsinin öndərləri Berlində bir araya gəldi - FOTOLAR

 

Almaniyanın paytaxtı Berlin şəhərində “IATA Wings of Change Europe” adlı aviasiya sahəsinin ən möhtəşəm tədbirlərindən biri baş tutub.

Turizmplus.az xəbər verir ki, noyabrın 19-20-i tarixlərində keçirilən tədbirdə daha çox aviasiya mövzusunda, ümumiyyətlə isə turizmə dair müzakirələr və görüşlər keçirilib, yeni müqavilələr imzalanıb, debatların təşkil edilib və aviaşirkətlərin son yenilikləri dinlənilib.

Tədbirdə iştirak edən Göydəniz Qəhrəmanov şəxsi sosial şəbəkə hesabında bildirib ki, 2020-ci ildə milli aviadaşıyıcımızın dəstəyi ilə Azərbaycanda da IATA-nın genişmiqyaslı tədbiri baş tutacaq.

Onu da qeyd edək ki, Berlində təşkil olunmuş yığıncağa 500-ə yaxın iştirakçı, habelə IATA-nın prezidenti, Avropa Parlamenti nümayəndələri, dünyanın bir çox ölkəsinə yayılmış aviasistemlərin rəhbər şəxsləri, ən tanınmış aviaşirkət rəhbərləri və nümayəndələri qatılıb.