ATMU tələbələrinin nəzərinə - ELAN

 

Mayın 21-də  saat 12:00-da AIESEC Azərbaycan təşkilatının Azərbaycan Turizm və Menecment Universitetinin tələbələrinə Global Volunteer layihəsi ilə bağlı məlumat sessiyası baş tutacaq.

Turizmplus.az xəbər verir ki, tədbir, Azərbaycan Turizm və Menecment Universitetinin Kitabxanasında (406-cı otaq) keçiriləcək. Bütün ixtisaslarda oxuyan tələbələr iştirak edə bilər.

Onu da qeyd edək ki, Global Volunteer xaricdə 6-8 həftəni əhatə edən təcrübə proqramıdır. Siz seçdiyiniz xarici ölkədə sosial layihələrdə iştirak etməklə həm praktiki iş təcrübəsi, həm də fərqli ölkələrdən dostlar qazana bilərsiniz. Son 5 il ərzində 650-dən çox azərbaycanlı gənc bu imkan vasitəsilə xaricdəki təcrübə proqramlarından yararlanıb.

Paylaş

Əvvəlkİ

2019-cu ildə ən gəlirli sahə turizm olacaq - EKSPERT

Sonrakı

AZUR air отменяет питание на коротких рейсах

Abunə olun

Xəbərlərimizə abunə olun