ATAA X Rusiya – Azərbaycan regionlararası forumunda iştirak edib

 

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası 22-23 noyabrda Rusiya Federasiyasının Moskva şəhərində keçirilən X Rusiya – Azərbaycan regionlararası forumunda iştirak edib.

ATAA-dan Turizmplus.az-a verilən məlumata görə, forum çərçivəsində Azərbaycan Turizm Agentlikləri Assosiasiyası Rusiya Federasiyasının Sverdlovsk vilayətinin Turizmin İnkişafı Mərkəzi dövlət qurumu ilə iki ölkə arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsini və inkişaf etdirilməsini nəzərdə tutan ikitərəfli saziş imzalayıb.

Tədbir zamanı assosiasiya ilə Rusiyanın Beynəlxalq Fəaliyyət Komitəsinin “İşgüzar Rusiya” (Деловая Россия) təşkilatının Başqırdıstan regional şöbəsi arasında da əməkdaşlığa dair sənəd imzalanıb.

Forum çərçivəsində Azərbaycan və Rusiya arasında turizm sahəsinin inkişaf etdirilməsi, partnyorluq əlaqələrinin qurulması, uzunmüddətli, effektiv və qarşılıqlı əlaqələrin genişləndirilməsi məqsədi ilə Rusiyanın Turizm Komitəsinin “İşgüzar Rusiya” (Деловая Россия) Ümumrusiya İçtimai Təşkilatı ilə əməkdaşlığa dair saziş imzalanıb.

Paylaş