ATAA “Travelport” şirkəti ilə əməkdaşlıq edəcək - FOTOLAR

 

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası Böyük Britaniyanın “Travelport” şirkətinin Azərbaycandakı nümayəndəliyi ilə əməkdaşlığı genişləndirir.

Turizmplus.az Assosiasiyaya istinadən xəbər verir ki, görüşdə Azərbaycanın turizm bazarında səyahət məhsullarını satmaq və idarə etmək təcrübəsinə malik olan “Travelport” şirkəti ilə keyfiyyətli turizm xidmətlərinin göstərilməsinə və turizm bazarının sağlamlaşdırılmasına xidmət edəcək bir sıra məsələləri müzakirə edilib.

Görüşdə assosiasiya üzvlərinə aviabiletlərin düzgün tərtib olunması, otellərin bron edilməsi və xidmət sahəsində məmnunluğun təmin edilməsinə istiqamətlənmiş treninglərin keçirilməsi təklif olunub.

Eyni zamanda "Travelport" şirkəti tərəfindən assosiasiya üzvlərinə sərfəli təkliflərin verilməsi məsələsi də müzakirə edilib.

180-ə yaxın ölkədə təmsil olunan “Travelport” şirkəti hava yolları, otel, avtomobil icarəsi, mobil ticarət və B2B sahəsində öz mövqeyi və peşəkarlığı ilə seçilən şirkətlərdən biri sayılır.

Eyni zamanda aviaşirkətlərə alış-veriş, bilet, yola düşmə nəzarəti və digər xidmətlər göstərir.