ATAA otellərlə əməkdaşlıq məsələsini müzakirə edib - FOTOLAR

 

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası dekabrın 4-də otellərlə əməkdaşlıq məsələlərini müzakirə edib.

Assosiasiyadan Turizmplus.az-a verilən məlumata görə, toplantıda qurumun Ekspertlər Şurasının və İdarə Heyətinin üzvləri iştirak edib.

İclasda turizm sahəsində otellərlə əməkdaşlığın inkişaf etdirilməsi və genişləndirilməsi, online platformada otellərin irəli sürdüyü qiymət siyasəti, bu istiqamətdə yerli turoperatorlar və turagentliklərin maraqlarının qorunması müzakirə edilib.