ATAA-nın Ümumdünya Turizm Təşkilatına assosiativ üzvlüyə namizədliyi qəbul edilib

 

Sentyabırın 12-də Rusiyanın Sankt -Peterburq şəhərində keçirilən BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının 23-cü sessiyasında Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşkilata assosiativ üzvlüyə namizədliyi qəbul edilib.

Turizmplus.az xəbər verir ki, sessiyasının gündəliyində turizmin təhsildə və yeni iş yerlərinin açılmasında rolu, beynəlxalq turizmi davamlı etməkdə innovasiya və sahibkarlığın əhəmiyyəti kimi mövzular müzakirə olunub.

65 turizm naziri və nazir müavini, 31 dövlət katibi, 1100-dən çox şəxsin iştirak etdiyi təşkilatın bu dəfəki sessiyasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də iştirak edib.

Məlumat üçün bildirək ki, bu ilin iyun ayında yaradılan Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının əsas fəaliyyət istiqaməti turizm agentliklərinin vahid platformanı formalaşdırmaq, turizm məhsullarının və göstərilən turizm xidmətlərinin keyfiyyətini yüksəltmək, eyni zamanda ölkədə gəlmə və getmə turizminin inkişaf etdirilməsi üçün vahid sistemin yaradılmasını təşkil etməkdir.

Paylaş

Əvvəlkİ

Почему Рига не хочет становиться Прагой?

Sonrakı

Fuad Nağıyevin Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının 23-cü ssessiyasında çıxışı - VİDEO

Abunə olun

Xəbərlərimizə abunə olun