ATAA ilə Travelport şirkəti birgə əməkdaşlıq edəcək

 

Azərbaycan Turizm Agentliklər Assosiasiyasının Ekspertlər Şurasının logistika üzrə komissiyası ilə Travelport şirkətinin rəhbərliyi arasında görüş keçirilib.

Turizmplus.az xəbər verir ki, görüş zamanı iki tərəfli əməkdaşlıq və ATAA-ya üzv olan turizm şirkətlərinin tətbiqi üçün texnoloji yeniliklər və maraqlı təkliflər müzakirə olunub. Hər iki tərəf birgə əməkdaşlığın daha da genişlənməsinə maraqli olduqlarını bildirib.

Sonda bronlaşdırma sahəsində birgə təkliflərin hazırlanması barədə qərar qəbul olunub.

Paylaş