ATAA-dan son saxtakarlıq olayı ilə bağlı AÇIQLAMA - DİQQƏTLİ OLUN

 

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası Azərbaycan turizm bazarında baş verən son saxtakarlıq olayı ilə bağlı açıqlama yayıb. Turizmplus.az bu açıqlamanı oxucularına təqdim edir.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası sosial şəbəkələrdə bir neçə şəxsin “İnTravel Az” şirkəti tərəfindən aldadılması və onlara saxta tur paketlərin satılması məsələsini araşdırıb

Assosiasiyanın əldə etdiyi məlumata əsasən saxta tur paketləri şirkətin keçmish əməkdaşı Nərgiz Məmmədova “InTravel Az” şirkətinin adindan sui-istifadə edərək rəhbərliyin ve şirkətin xəbəri olmadan həyata keçirib. Adı çəkilən xanım ayri ayri şəxslərdən ofisdən kənar ərazilərdə gorüşərək ödəmələr toplayıb. Artıq bu barədə hüquq mühafizə orqanlarına məlumat verilib və hal hazırda araşdırma gedir.

Azərbaycan Turizm Agentlikləri Assosisasiyası bir daha vətəndaşların bu cür hallarla rastlaşmaması üçün diqqətli olmalarını, bütün sənədlərinin qaydasında olamsına diqqət yetirmələrini tövsüyyə edir.

XƏBƏRİ BURADAN OXUYA BİLƏRSİNİZ

Paylaş

Əvvəlkİ

Azərbaycan Turizm Forumunda iştirak üçün könüllü tələbələr axtarılır

Sonrakı

Azərbaycanda növbəti maraqlı festival baş tutacaq

Подписывайся

Подписывайся на нашу рассылку