Aprel ayında səyahət üçün ideal şəhər - AMSTERDAM


Amsterdam – bir sıra mədəniyyətləri və millətləri özündə birləşdirən qədim və gözəl şəhər .

Turizmplus.az-ın xüsusi müxbiri Tania Tarakanova sizə aprel ayında olan Amsterdam səyahəti barədə danışacaq.

Əgər siz hələ də aprel ayında hara gedəcəyini bilmirsizsə çamadanlarınızı Amsterdam üçün hazırlayın. Aprel ayı boyunca burada siz lalələrin bütün mövcud rənglərini görə biləcəksiniz. Eləcə də bu aylarda Keukenhof parkı gül muzeyinə çevrilir. 

27 aprel ölkədə Kralın doğum günü kimi qeyd olunur. Bu tarixdə Amsterdam milli rəngi olan narıncıya bürünür. Şənlik 3-4 gün davam edir. Qeyri-adi mənzərə sevənlər üçün maskaradda iştirak etmək ideal olacaq.

Qeyd edək ki, Amsterdamda hava şəraiti dəyişkən olur. Səhər hava aydın olsa belə özünüzlə mütləq isti və su keçirməyən geyim götürün.

 

Paylaş

Əvvəlkİ

Flybmi обанкротилась и прекратила полеты

Sonrakı

В Испании появятся высокоскоростные поезда-лоукостеры

Подписывайся

Подписывайся на нашу рассылку