Ankara-Bakı-Ankara istiqamətində birbaşa uçuşlar

 

"Türk Hava Yolları" (THY) aprelin 22-dən Ankara-Bakı-Ankara istiqamətində birbaşa uçuşlara başlayır.

Ankara-Bakı istiqamətində uçuşlar həftənin bazar ertəsi, çərşənbə və cümə günləri təşkil olunacaq. Əks istiqamətdə isə (Bakı-Ankara) reyslər həftənin çərşənbə axşamı, cümə axşamı və şənbə günləri həyata keçiriləcək.

Ankara-Bakı reysi yerli vaxtla 23:45-03:35-də, Bakı-Ankara isə 04:30-06:20-də təşkil olunacaq.

Bununla da, dünyanın ən çox ölkəsinə uçan "Türk Hava Yolları" aviaşirkəti Türkiyənin 3 fərqli şəhərindən Azərbaycana birbaşa uçuşlar həyata keçirəcək. Uçuşlar İstanbuldan 2, Ankara və Antaliyadan isə bir hava limanından olmaqla ümumilikdə 4 hava limanından reallaşdırılacaq.

Qeyd edək ki, Azərbaycandan əks istiqamətdə Bakı, Gəncə və Naxçıvan şəhərlərindən də İstanbula birbaşa uçuşlar təşkil olunur.

Paylaş

Əvvəlkİ

В Дубае открылся новый футуристический кинотеатр

Sonrakı

Фестиваль балканских вин в Москве

Подписывайся

Подписывайся на нашу рассылку