Amsterdam, Şanxay, Bankok... - AZAL-dan YENİ REYSLƏR


Mart ayının 4-də "Holiday Inn" otelində Azərbaycan Hava Yolları və "Buta Airways" aviaşirkətləri və yeni istiqamətlərə olan reyslər barədə təqdimat keçirilib.

Turizmplus.az xəbər verir ki, təqdimat zamanı yeni açılacaq reyslərin istiqamətləri və uçuş günləri nümayiş olunub. 

Azərbaycan Hava Yolları bu ildən etibarən Cenevrə, Küveyt, Ciddə və Almatı istiqamətində, "Buta Airways" aşağı büdcəli aviaşirkəti isə 6 istiqamətdə - Ankara, Xarkov, Odessa, Ufa, Həştərxan və Batumi şəhərlərinə uçuşlar həyata keçirəcək.

Bu da son deyil. Təqdimatda həmçinin AZAL-ın bir neçə il ərzində həyata keçirəcəyi reyslər barədə də məlumat verilib. Bunlara Roma, Amsterdam, Vyana, Qahirə, Amman, Düşənbə, Delhi, Kuala-Lumpur, Çendqu, Hanjou, Seul, Bankok və b. şəhərlər daxildir.

Paylaş

Əvvəlkİ

Во Вьетнаме набирает популярность пляж, покрытый мхом

Sonrakı

Səudiyyə Ərəbistandan turist axını davam edir

Подписывайся

Подписывайся на нашу рассылку