Alış-veriş və restoran müəssisələri All İnclusive sisteminə daxil ediləcək


Türkiyə turizm investorları All Inclusive sisteminə yerli qida müəssisələrini və alış-veriş mərkəzlərini daxil etməyi təklif edir. Beləliklə turistlər pulsuz günorta və ya axşam yeməyi ilə yanaşı əyləncə və shopping mərkəzlərinə də gedə biləcəklər. Bunlar hamısı All Inclusive paketinə daxil olacaq. 

Yenilik bu yay Kəmərdə tədbiq ediləcək. Burada istirahət edən turistlər üçün xüsusi məkan yaradılacaq və otel hesabına gediş-gəliş təmin olunacaq.

Qeyd olunur ki, yeni model köhnə sistemi əvəz etməyəcək və onu sıradan çıxarmayacaq, sadəcə turistlərə oteldən kənara çıxmağa və turizm sahəsində yeni təcrübə qazanmağa yardım edəcək.

Paylaş

Əvvəlkİ

Qafqaz Riverside otelindən möhtəşəm təklif

Sonrakı

İlk yeraltı fermaya ekskursiya - LONDONDA

Подписывайся

Подписывайся на нашу рассылку