Aİ-Azərbaycan Biznes Forumununda Turizm sektoru üzrə panel başladı - FOTOLAR

 

İyunun 13-də Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) ilə birgə əməkdaşlığı ilə ənənəvi Aİ-Azərbaycan Biznes Forumunu öz işinə başlayıb.

Turizmplus.az xəbər verir ki, JW Marriott Abşeron Bakı Hotelində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən forum biznes mühiti ilə bağlı müzakirələr və investisiya imkanları üçün unikal bir platformadır. Forumun açılışında Azərbaycan hökumətinin, eləcə də Avropa İttifaqının yüksək vəzifəli nümayəndələrinin iştirak edib.

Tədbirə Azərbaycanda biznes mühiti ilə bağlı plenar sessiya, o cümlədən hökumət rəsmiləri və şirkət nümayəndələrinin iştirakı ilə keçiriləcək kənd təsərrüfatı, əlaqələndiricilik və turizm sektorları üzrə paralel panel müzakirələri daxildir.

Qeyd edək ki, Turizm sektoru üzrə panel artıq 14:45-də başlayıb, 16:15-də bitəcək. Panelin moderatoru Azərbaycan-İtaliya Ticarət Palatasının Prezidenti xanım Manuela Traldidir. Paneldə çıxışçı kimi, Azərbaycan Turizm Bürosunun icraçı direktoru Florian Sengstschmid, Alpenmade Contract şirkətinin icraçı direktoru Paolo Merlin, Abşeron Hotel Groupun baş direktoru Rodderich Leffler və Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının rəhbər müavini Ceyhun Aşurov iştirak edirlər.

Paylaş

Əvvəlkİ

Европа ищет все новые способы, как избавиться от толп туристов

Sonrakı

Rostov-Bakı aviareysi açılır - RƏSMİ MƏLUMAT

Подписывайся

Подписывайся на нашу рассылку