AHTTSA “EMİTT 2020” Beynəlxalq Turizm Sərgisində böyük nümayəndə heyəti ilə təmsil olunub

 

Türkiyənin İstanbul şəhərində keçirilən “EMİTT 2020” Beynəlxalq Turizm Sərgisində Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasi (AHTTSA) böyük nümayəndə heyəti ilə təmsil olunub. Sərgidə AHTTSA-nı təşkilatın prezidenti Ruslan Quliyev, vitse-prezidenti və SKAL İnternational Baku klubunun sədri Ceyhun Aşurov, AHTTSA-nın icraçı direktoru Tərlan Quliyev, inzibati işlər üzrə menecer Ayxan Şəfiyev təmsil edib. Türkiyənin ən böyük sağlamlıq turizm təsislərindən olan “Doğan Geotermal” Şirkətlər Qrupuna daxil olan Hattusa Vacations & Сlubla eyni stendi bölüşən Azərbaycanın turizm təmsilçiləri işbirliyi çərçivəsində ölkənin tanınmış termal turizm müəssisələri olan Naftalan, Qalaaltı, Duzdağ və digərləri barədə ziyarətçilərə ətraflı məlumat verib, təqdimatlar zamanı müxtəlif tanıtım, broşurlar paylanıb. 

Sərgi çərçivəsində müxtəlif rəsmi və qeyri-rəsmi görüşlər keçirilib. Həmçinin Azərbaycan nümayəndə heyətinin “Dogan Geotermal” Şirkətlər Qrupuna aid olan Balıkəsirdə Hattusa Vacation termal təsisinə və Çanaqqala bölgəsinə 2-5 fevral tarixində işgüzar səfəri təşkil olunub. Səfərdə Azərbaycan Turizm Bürosu, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyi (AHTTSA), Skal İnternational Baku klubu, “Millennium Turizm”, “Sayahat” turizm