AHA HOTREC-in Müşahidəçi üzvü seçildi - SON DƏQİQƏ

 

Azərbaycan Hotel Assosiasiyası (AHA) HOTREC-in Finlandiyada keçirilən 78-ci Baş Assambleyasında və HotelStars Birliyinin üzvlərin görüşündə iştirak edir.

Turizmplus.az xəbər verir ki, tədbirdə "Take Another Look" videosu 43 ölkə nümayəndəsinə təqdim olunub. Tədbir iştirakçıları Azərbaycanı ziyarət etmək istədiklərini və AHA-nın bütün fəaliyyətlərində onlara dəstək verəcəklərini bildiriblər.

Dr. Akos Niklai HOTREC-in üzvü olan 43 ölkə nümayəndəsinə Azərbaycan Hotel Assosiyasiyasını Finlandiyada keçirilən Baş Assambleyada təqdim edib. Daha sonra keçirilən səsvermədə HOTREC-in bütün üzv ölkələri Azərbaycan Hotel Assosiasiyasının HOTREC-in Müşahidəçi üzvü olması üçün müsbət səs verib.

Paylaş

Əvvəlkİ

Fəvvarələr meydanında iftar çadırları qurulub - FOTOLAR

Sonrakı

Kazan ilə Bakı arasında gündəlik aviareyslər açılır

Abunə olun

Xəbərlərimizə abunə olun