Agent şirkətlərin nəzərinə - THY-dan YENİ QAYDALAR


Türk Hava Yolları agent şirkətlər üçün bilet dəyişikliklərinə aid yeni məlumat paylaşıb.

Turizmplus.az yeni məlumatları oxucuların diqqətinə çatdırır.

Yeni İstanbul Hava Limanına köçmə ilə əlaqədar PNR-larında səfər dəyişiklikləri edilən uçuşa kömək seqmentdə WK / SCkodları ilə Alternativ uçuşlar təklif olunur. Sərnişinlər həm bu uçuşu qəbul edə bilər, həm də biletdəki səyahət tarixindən -7 və +15 gün içərisindəki başqa bir uçuşa bir dəfə dəyişiklik edilməsini tələb edə bilər.

Əgər sərnişinin istədiyi dəyişiklik -7 və +15 gün aralığında deyilsə, tələb etdiyi tarix dəyişikliyi dəyərləndirilmir, qiymət qaydalarına əsasən dəyişiklik edilir.

Edilən dəyişiklik sərninişin səyahət planına təsir edirsə, eyni biletdəki digər uçuşlara dа yuxarıda qeyd olunan qaydada ödənişsiz dəyişiklik edilir.

Əgər sərnişin təklif edilən uçuşu qəbul etmirsə, aviabilet cəriməsiz qaytarıla bilər. 

Paylaş

Əvvəlkİ

В городе Габала пройдет Азербайджанский туристический форум

Sonrakı

BTIC is currently hiring experienced Graphic Designer

Подписывайся

Подписывайся на нашу рассылку