Abu-Dabi - Bakı reysi ilk dəfə bu təyyarə ilə yerinə yetirildi - FOTO+VİDEOREPORTAJ

 

Heydər Əliyev adına Beynəlxalq Hava Limanına bu dəfə "Etihad Airways" yenilik gətirib.

Turizmplus.az xəbər verir ki, noyabrın 29-da EY-297 saylı uçuşla Abu-Dabi - Bakı reysini yerinə yetirən Boeing 787-9 Dreamliner təyyarəsi günorta radələrində hava limanına enib.

Sərnişin tutumu 250-290 arası olan bu möhtəşəm təyyarənin boş ağırlığı 115.2 tondur. Etibarlı yol yoldaşı olan Boeing 787-9 14,800 - 15,750 km məsafəni qət edə bilir. Nəhəng benzin çəninin tutumu 138,700 litrdir. Onu da qeyd edək ki, bu təyyarələr maksimum 13,100 metr yüksələ bilir. 

Xatırladaq ki, Bakıya bu gün gələn qonaq dekabrın 4-ü isə EY-298 saylı uçuşla Bakı - Abu-Dabi reysini həyata keçirəcək.