2020-ci ilin qeyri-iş günləri açıqlandı - TƏQVİM

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının müvafiq qərarı ilə 2020-ci ilin iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.  

Turizmplus.az Yeniavaz.com-a istinadən xəbər verir ki, 2020-ci ilin iş vaxtı normasında qeyd olunur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2019-cu il 2 dekabr tarixli 712s nömrəli Sərəncamına əsasən 2020-ci ildə aşağıdakı günlər iş günü hesab edilmir:  

1, 2 yanvar – Yeni il bayramı;

20 Yanvar – Ümumxalq Hüzn günü;

8  Mart – Qadınlar günü;

20, 21, 22, 23, 24   mart – Novruz bayramı;

9 May – Faşizm üzərində Qələbə günü;

24,25 may  – Ramazan  bayramı;

28 May – Respublika günü;

15 İyun – Azərbaycan xalqının Milli Qurtuluş  günü;

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri  günü;

31 iyul,1 avqust – Qurban bayramı;                                                   

9  Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü

31 Dekabr – Dünya Azərbaycanlılarının  Həmrəyliyi günü.

Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2020-ci il üçün Novruz, Ram