2020-ci ildə Dubayda "Legoland" otel açılacaq

 

Dubayda ilk dəfə Lego stilində olan otel istifadəyə veriləcək.

Turizmplus.az xəbər verir ki, tematik parklar kompleksi olan "Dubai Parks and Resorts"da açılacaq "Legoland" oteli Yaxın Şərqdə ilk olacaq. 250 nömrədən ibarət oteldə, konstruktorlardan oyun meydançası yaradılacaq. Layihə DXB Entertainments и Merlin Entertainments Group şirkətləri tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, "Legoland Hotel Dubai" bu şəbəkədən olan otellərin 7-cisi olacaq.

Paylaş