2019-cu ildə ən gəlirli sahə turizm olacaq - EKSPERT

 

2019-cu ildə ən gəlirli sahə turizm olacaq. Turizmplus.az xəbər verir ki, bunu Trend-ə iqtisadçı Elman Sadıqov deyib.

Ekspertin sözlərinə görə, turizm sahəsində olan boşluqlar, xüsusilə də xidmət sektorunda peşəkarlara duyulan ehtiyac bu sahəyə investisiya yatıranlara böyük gəlir gətirə bilər:

“Kiçik və orta miqyaslı hostel, iki ulduzlu hotel, həmçinin 10-20 otaqlı qonaq evləri açmaqla turizm sahəsinə daxil olmaq və yüksək xidmətlə turist, qonaq cəlb edib qazanc götürmək mümkündür. Əsas məsələ gələn turisti razı salmaq və müsbət imic yaratmaqdır. Belə olduqda gəlirlər də artacaq".

E.Sadıqov bildirib ki, turizm dövlət üçün prioritet təşkil edən sahələrdəndir:

"Bununla çox adam məşğul ola bilər. Xidmət sektorunda orta seqmentə daxil olan obyektlərin sayı azdır. Söhbət restoran və kafelərdən gedir. Burada daha çox lüks seqment 5 ulduzlu otellər, bahalı restoranlar fəaliyyət göstərir. Xidmət sektorunda orta seqmentin tələblərinə cavab verən iaşə obyektlərinə ehtiyac var".

İqtisadçının fikrincə, gəlir üçü